TURAN MASTERS CORPORATE LEAGUE
TURNİR REQLAMENTİ
Bu Reqlament Turnirdə iştirak şərtlərini, oyunların keçirilmə qaydasını,
mükafat fondunu və sponsor inteqrasiyalarını müəyyən edir.
1. Ümumi məlumat
- Turnirdə 64 komanda iştirak edəcək və Bakı şəhərində Korporativ Liqanın çempionu adı uğrunda mübarizə aparacaq.
- Komanda iştirak haqqı: 400 AZN (ƏDV xaric).
- Yarımfinal mərhələsinədək turnir onlayn şəkildə cyberplus.az platforması üzərindən keçiriləcək.
- Yarımfinal və final oyunları kibersport arenasında baş tutacaq.
- Oyun cədvəlləri rəsmi sayt və sosial media üzərindən elan ediləcək.
- Yarımfinalçılar üçün bütün zəruri avadanlıqlar təqdim olunur.
2. Mükafat fondu
- Ümumi mükafat fondu: 10 000 AZN
- 1-ci yer — 5 000 AZN
- 2-ci yer — 3 000 AZN
- 3-cü yer — 2 000 AZN
- Hər qələbədən sonra xüsusi oyun və platforma keysləri təqdim olunur.
3. Fərdi nominasiyalar
- Sponsor mükafatı
- Turnirin kəşfi
- Ən yaxşı kambek
- MVP
- Ən yaxşı snayper
- Ən yaxşı entry oyunçusu
- Ən yaxşı rifler
- Ən yaxşı highlight epizodu
4. İştirakçılara dair tələblər
- Şirkətin fəaliyyət müddəti minimum 1 il olmalıdır.
- Komandada minimum 5, maksimum 8 oyunçu.
- Maksimum 1 peşəkar oyunçuya icazə verilir.
- Oyunçu dəyişdirilməsi yalnız fors-major hallarda mümkündür.
5. Oyunların təxirə salınması
- Dəyişiklik oyundan ən gec 2 gün əvvəl mümkündür.
- Yalnız hər iki komanda və təşkilatçının razılığı ilə.
6. Texniki tələblər
- Veb-kamera aktiv olmalıdır.
- Ekran qeydiyyatı proqramı aktiv olmalıdır.
7. Ədalətli oyun
- Razılaşdırılmış oyunlar qadağandır.
- Bütün növ skinlərə icazə verilir.
8. Xəritələr
• de_train
• de_nuke
• de_mirage
• de_overpass
• de_dust2
• de_anubis
• de_inferno
• de_ancient
9. Oyun parametrləri
- Raund müddəti: 1:55
- Maksimum raund: 24
- Freezetime: 15 saniyə
- C4 taymeri: 40 saniyə
10. Fasilələr
Taktiki fasilə
- 4 × 30 saniyə
- CS2 daxili səsvermə ilə
Texniki fasilə
- Maksimum 5 dəqiqə
- Texniki problemlər üçün